Bir zamaılar at oynadıb,Gəzdi bəylər bizim yeri.El oyandı bu qəflətdən,Heç qalmadı dözüm yeri.

Sənin kimi var köməyim,Haqdan düzəldi diləyim,İşıq tapıbdır eynəyim,Yaxşı seçir gözüm yeri.

Yerdən duman çəkilibdi,Torpaq bizə əkilibdi,Qaçaq-quldur çəkilibdi,Bir dolanım, gəzim yeri.

Qırdıq bəyi, tutduq xanı,Onlardan göstər bir hanı?Sən gəl dindir Abdullanı,Yaxşı ötür sözüm, yeri.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən