A yoldaşlar, a qardaşlar,Son günümüz ağ olaydı.Deyib-gülüb danışaydıq,Damağımız çağ olaydı!

Fələk bir dövran quraydı,Könlümdən xəbər verəydi.Məxluqat xoş gün görəydi,Ürəklər yumşaq olaydı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Fələk və tale