Çərxin yaman gərdişindənƏcəb sərgərdan mən oldumMəcnun tək səhraya düşdümRüsvayi-dövran mən oldum

Qəm sipahi dəstə-dəstəHücum eylər mən şikəstəQalmışam biçarə xəstəDərdi-bidərman mən oldum

Şam-səhər işim naləNagafil gəldim zəvaləFələk salub bu əhvaləDidəsi giryan mən oldum

Pərvanə tək şəmə yandımŞirin canımdan usandımLeylisiz Məcnuna döndümDillərdə dastan mən oldum

Nursam həsrətim yaraQönçə tək düşdüm kənaraYarı tapşırdım əğyaraBu dərdə pasiban mən oldum

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Fələk və tale