Dil eşq yolunda zar olubdur,Bir gül həvəsində xar olubdur.

Xunabə dönübdü rəngi-zərdim,Bu gülşən üçün bahar olubdur.

Dövrani-fələk müxalif olmuş,Can düşməni-ruzigar olubdur.

Dilbər qəmi, dustlar fəraqi,Dərdim bir ikən həzar olubdur,

Mən etmə kəlamım olsa dilsuz,Söz mənşəi pürşərar olubdur.

Xunin ciyərim bəsani-lalə,Əfsurdəvü dağidar olubdur.

Qəm bihədü dərd banihayət,Möhnət dəxi bişümar olubdur.

Hicran sitəmi alıb qərarım,Gün nuri gözümdə tar olubdur.

Məqtə — şairin təxəllüsü olan son beyt. Hicrində düşüb bəlayə, Qüdsi,Sərgəştəvü biqərar olubdur.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hicran