Məni gizli imtahana çəkirsən,lazımdımı açıq deyim hər sözü?Qulağına pıçıldasam yaxşıdı,qəlbinlə duy, gözünlə də gör sözü.

Demə nədir səsimdəki bu təlaş,arxada yaş, ortada yaş, öndə yaş.Üç söz deyim, üç tilsimdi, özün aç:Çaylı sözü, Poylu sözü, Kür sözü.

Sərv olaydın, budağını əyəydim,külək olub qapınızı döyəydim.Sözarası mən sənə can deyəydim,sözgəlişi sən də mənə: yar, – sözü.

Nə deyibsən, Tanrı sənə veribdi,baxışların, yerişlərin zərifdi.Sevən adam el içində qəribdi,necə desin qərib sənə sirr sözü?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq