Hər şey zarafatdan başladı bir vaxt,Hər şey bu dünyada başqaydı bir vaxt.

Həyatda ikinci addım atırsan,yeri ehtiyatla, get ehtiyatla.Zarafat eləmə sən bu həyatla,yolu cüt gəlmişdin, tək qayıdırsan.

Kömək istəyirsən darıxıb hərdən,günahkar bəlkə də ancaq mən oldum.Təsəlli verən də mənəm, sənə mən,səni çaşdıran da bir vaxt mən oldum.

Düşmənəm həyatda təsəlliyə mən,getmir təsəllinin vurduğu yara.“Sənsiz yaşamaram” – deyə-deyə mən,sənlə də yaşadım,sənsiz də sonra.

Daha özünündü xeyirin, şərin,yadında bir sözüm qalacaqdımı, –gedirsən, ikinci addımın sənin,birinci taleyin olacaqdımı?..

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri