Ala gözlü nazlı dilbər,Vaxtın keçər demədimmi,Gözlərin cəllad yağıdır,Qanım içər demədimmi

Bax bu qaşa, bax bu gözə,Canım qurban olsun sizə,Yaxasız köynəklər bizə,Fələk biçər demədimmi

Qaracaoğlan mərdlən,İşim yoxdur namərdlən,Fələk məni bu dərdlən,Salıb keçir demədimmi

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri