Saqiya, mey ver ki mən meyxanədə küllənmişəm,Qəm hücumundan qaçıb bir küncdə gizlənmişəm.

Şuri-eşqin eyləyib divanə, müddət gəzmişəm,Bağlayıb dil həlqeyi-geysuya ta dincəlmişəm.

Zülfi-kəcgarın salıb sevdayə könlüm, sud yox,Tari-muyin kimi tari-muy tək incəlmişəm.

Sinəmi hər ləhzə tiri-qəmzən ilə qılma çak,Mən də vaxtında sənin tək naz ilə bəslənmişəm.

Məst sanma, eyləmə tənə mənə hər dövrdə,Çeşmi-məxmurun məni məxmur edib millənmişəm.

Bir əyağ ilə əlim tut, eyləmə birəhmlik,Çox oturdum sümm-bükmün* imdi ta dillənmişəm.

Çun xəzan olmuş fəraqində tənü cani-həzin,Açılıb zəxmi-dərun gül-gül, əcəb güllənmişəm.

Çəmxəmindən piçütabə gəldi könlüm riştəsi,Fikri-sərvi-qamətindən rast ikən xəmlənmişəm.

Qan olub könlüm mənim bu badeyi-səhba kimi,Dürdi-mey tək şişədə çoxdan qalıb lillənmişəm.

Bir sənubər qamətü gülpeykərü LeylivəşinValehü heyraniyəm, Məcnunsifət çöllənmişəm.

Məqtə — şairin təxəllüsü olan son beyt. Oldu zülfün telbətel, yetdi dimağə buyi-müşk,Açılıb könlüm, Kəminə, gör necə tellənmişəm.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq