Gözəllik, incəlik, sevgi, vəfa insandan ayrılmaz,Coşan sellər, axan çaylar necə ümmandan ayrılmaz.Uzaq düşsə gözümdən dilbərim, könlüm dözər, çünkiSevənlər bilməmiş olmaz, vüsal hicrandan ayrılmaz.Vəfasızdan vəfa ummaz, vəfadan yoğrulub eşqim,Canından ayrılar aşiq, fəqət canandan ayrılmaz...Bütün dünya yerindən, mehvərindən qopsa, ayrılsa,Süleyman Rüstəmin qəlbi Azərbaycandan ayrılmaz.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq