Ey könül, amalımın dünyası beşgünlük deyil,Düşmə ruhdan, ömrümün mənası beşgünlük deyil.

Taleyimdəndir, uzaqlardan gəlir şair səsim,Şerə vurğun xalqımın avazı beşgünlük deyil.

Mahnımın hər kəlməsində gəncliyimdən var əsər,Çağlayan ilhamımın məcrası beşgünlük deyil.

Yelkənimlə dalğalardan sağ-salamat çıxmışam,Mərd oğullarçın sınaq dəryası beşgünlük deyil.

Dost bilir, düşmən bilir, şair Süleyman RüstəminDostluğu təsdiqləyən imzası beşgünlük deyil!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri