Nadanla əməl dostluğu insana yaraşmaz,Şəksiz necə ki, qarğa gülüstana yaraşmaz.Ümman gəmisində gərək ümman gücü olsun,Əl boyda kağız bir gəmi ümmana yaraşmaz.Öz millətini, yurdunu dar gündə dananlar,Al bayrağı şöhrətli bu dövrana yaraşmaz.Dostlar! Deməyin siz mənə, dincəl, daha yazma,Susmaq belə bir gündə Süleymana yaraşmaz.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən