Vəfalı qalıb
Yenə könlüm quşu xəyala dalıb,Başımın üstünü dumanlar alıb.
Yarı yolda Araz kəsib yolumu,Məni min dərdə, min bəlaya salıb.
Sevgilimdən uzaq düşüb könlüm,Bilsin aləm, qanım yaman qaralıb.
Gecələr yatmıram sabaha qədər,Məni əqrəbmi, ya ilanmı çalıb!
Qan çəkib yol çəkən gözüm, heyhat,Uzun illər ötüb, yaşım çoxalıb.
Xeyli var ki, vüsal küsüb məndən,Mənə bir ayrılıq vəfalı qalıb.
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-rustem-vefali-qalib-2
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Araz! Hər yaz çəmən birdir, o sahildə, bu sahildə,Qərənfil, yasəmən birdir, o sahildə, bu sahildə.
Kölgə varQardaş! Bizim görüşümüz uzun sürmədi,Dövran bizə bu vüsalı rəva görmədi.
Ən müqəddəs arzuBir arzum da var dünyada –Bu şairi salıb yada
Dözə bilmirəmAraz sahilində hər bahar çağıBir an həyəcansız gəzə bilmirəm.
Başqa şairlərin şeirləri · Eşq
Salam olsun sənə, ey aşiq Valeh,Hünərin var isə bu Dərbəndə gəl,
Qayıt indiSərsəri pərişlüm, qıyqac baxışlumMən sənə nə dedim, qız, qayıt indi
Dərbəndli AğabəyəEy əzizim, bu qədər raği-həmam olma,Mərdümi-qafil, tənpərvər və əyyam olma.
GözlərinGülzar Xotəndir dövreyi-zülfün,Çərayə durubdur ahu gözlərin,