Qardaş! Bizim görüşümüz uzun sürmədi,Dövran bizə bu vüsalı rəva görmədi.İki ürək dərdə düşdü, gözlər ağladı,Qarlı dağlar, göy meşələr, düzlər ağladı.Sən əlini qaldıraraq dilsiz göylərə,Dedin: “Tanrı, köməyim ol, tapdandı haqqım”.Mənsə böyük ümidlərlə dönüb bir kərəKörpüdəki qanım rəngli bayrağa baxdım.Yaxşı günlər yadımdadır, o yaman gündən,Dərdli Araz sahilində ayrılan gündən –Ürəyimdə hicran adlı bir ölkə vardır,Gözlərimdə o ölkədən bir kölgə vardır.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hicran