Süleyman kimiyəm
Kim deyir mən bu vətən mülkünə mehman kimiyəm?Yox, bahar ömrümüzün can evinə can kimiyəm.
Toqquşur göydə buludlarla şeir dalğalarım,Şairəm, sanki bu qəlbimlə bir ümman kimiyəm.
Birdir hər yerdə mənə həm aşağı, həm yuxarı,Yox təkəbbürlə işim, sadə bir insan kimiyəm.
Gəzirəm əldə qələm şerimizin bağlarını,Qoymaram bassın alaq bağları, bağban kimiyəm
Keçmədim köhnəliyin baş qapısından içəri,Yeni şerin, yeni taxtında Süleyman kimiyəm.
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-rustem-suleyman-kimiyem
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Döyüş illərinin təcrübəsiniCavan nəsillərə ötürən oldum.
VətənEy Vətən! Torpağın əzizdir mənə,Mən orda tapmışam səadətimi.
Dəyəri yoxdurSinəsi dəryaca şeirlə doluŞairin günəşsiz səhəri yoxdur.
Yuxusuz gecəmBu gecə qaydam üzrə çəkilib bir küncə mən,Kağız üstə yol aldım bir şerin ardınca mən
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Bənövşə tək sünbül zülfün boy verir,Hər yuyub sərində havaya, tilli.
Səhərin küləyimi öpür yasəmənləri?Yoxsa İsa dəmimi gəzir göy çəmənləri?
NuxaTərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,
Ta cəmalın rütbəsin, ey şux, idrak eylədiTa cəmalın rütbəsin, ey şux, idrak eylədi,Rəşkdən gülşəndə gül pirahənin çak eylədi.