Xəzansız çiçəklər
Döyüş illərinin təcrübəsiniCavan nəsillərə ötürən oldum.Qanlı göz yaşını, qəmi, qüssəniGərəksiz şey kimi itirən oldum.
Asan qazanmadım mən bu ağ günü,Gördüm zindanları, gördüm sürgünü.Ən ağır illərin ağır yükünüDünən bu çiynimə götürən oldum.
İzim var yurdumun hər bucağında,Ömrümün ən gözəl, qaynar çağında,Vətən torpağında, vətən bağındaXəzansız çiçəklər bitirən oldum.
Şair eldən alır öz ilhamını,Arazdan doldurub hicran camını,Qardaşın qardaşa xoş kəlamınıSahildən sahilə yetirən oldum.
Dünyaya örnəyəm məsləkimlə mən,Bu vətən mülkündə, diləyimlə mən –Qızıl qələmimlə, ürəyimlə mənŞerə dan yerini gətirən oldum!
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-rustem-xezansiz-cicekler
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qış küsür küssün, fəqət məndən baharım küsməsin,Küsməsin şux dilbərim, nazəndə yarım küsməsin.
Şerin acıyam mənHaqqımda deyirlər, dili sərtəm, acıyam mən,Şöhrətlə işim yox, təzə şerin acıyam mən.
Xoşa gəlsinKönlümdəki arzum, deyirəm, tez başa gəlsin!Hicranla vüsal məclisimə baş-başa gəlsin.
Öz sözüm olsunSüfrəmdə mənim həm qara, həm ağ üzüm olsun,Dost-aşna yanında qara yox, ağ üzüm olsun.