Günəşinlə gəl
Təzə il, yanıma əliboş gəlmə,Könlümə xoş gələn xəbərlərlə gəl.Alnın açıq olsun, üzün ağ olsun,Aləmə səs salan zəfərlərlə gəl.
Vətən torpağına can gəlsin deyə,Bollu yağışla gəl, bollu qarla gəl.Mahnım pərdə-pərdə yüksəlsin deyə,Aynam Xəzərdəki dalğalarla gəl.
Odlar diyarına – özün bilirsən,Bağrında odunla, atəşinlə gəl.Sənə gəl-gəl deyir anamız vətən.Ömürlük dostumuz Günəşinlə gəl!
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-rustem-gunesinle-gel
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qoy əcəl bilsin ki, vəslin bağından,Gül-çiçək dərməmiş keçən deyiləm.
Öz gülüstanımÖzgə torpağına göz dikməmişəm,Mənə kifayətdir öz gülüstanım.
Vüsal həsrətiVüsal həsrətilə yanıram yenə,Yoxdur əzəl gündən hicranla aram:
Deyilmi?Durnalar, siz deyin, qan qardaşlarımGəlib dərd əlindən zara, deyilmi?