A dostlar, deməyin dolmusan yaşa,Şairəm, yaşıma baxmayın mənim.Çox da çox illəri vurmuşam başa,Ağaran başıma baxmayın mənim.

Yorulmaq nədir ki? Sözün ən düzüÖmürlük dostum var ilk bahar kimi.Qanımda bir dünya şeirlər üzür,Aynam Xəzərdəki balıqlar kimi.

Könül mahnılarım, ürək sözlərimGecəli-gündüzlü zəhmətimindir.Vətən keşiyini çəkən gözlərimÖmrü bahar çağlı millətimindir.

İllər öz işini görsə də nə qəm,Yorulmaz yolçusu bu uzun yolun.Bilirəm titrəməz əlimdə qələm,Siz bu Süleymandan arxayın olun.

Qocalıq sözünü – yaraşmır mənə –Şairin adından, canından pozun.Sizinlə əl-ələ yoldayam yenəSıfırı yeddinin yanından pozun!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri