Dostlar! Axır zamanlar məni yaman dərd alıb,Nədənsə bir sualım yenə cavabsız qalıb.Doğru yoldan azanlar,Tartan-partan yazanlarBizi başa düşmürsən, bizi sevmirsən deyəAz qalıb millətimi çəksinlər “məhkəməyə”.Şairlər, filosoflar yetirən millətiməDünyaya füzulilər gətirən millətimə“Səviyyədən kasıbdır” deyib dodaq büzən var,Çirkabın, nadanlığın lehməsində üzən var.Təəccüblü budur ki, tapdayıb həqiqəti,Ya açıq, ya xəlvətiOnları əzizləyib oxşayanlar tapılır,Onların özlərinə oxşayanlar tapılır.Bu bədbəxtlər beş-altı havadar tapsalar da,Ürəklərin qapısı bağlıdır üzlərinə.Qışda deyib gülürlər, ağlayırlar baharda,Afərinlər deyirlər özləri özlərinə,Ey millətdən, vətəndən üz döndərənlər, yetər,Yetər yamaq oldunuz bu göyçək dünyamıza.Sizi başa düşənlər, sizi candan sevənlərDeyin hansı əsrdə gələcək dünyamıza?Yox, yox, heç bir əsrdə yeriniz olmayacaq,Millətimə xoş gələn şeriniz olmayacaq.Minib qarğıdan ata, atlını ötmək olmaz,Bu aydın həqiqəti ört-basdır etmək olmaz!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən