Sonra
Mən sənin haqda nə duydumsa, ürəkdən yazdım,Ruhunu, varlığını hiss edərəkdən yazdım!
Könül oxşar o şerlər ki, könüldən yazılar,İki qəlb birgə vururkən kədər, illət azalar.
Bir sevinc dalğalanar, dərdi böləndən sonra,Biri susmaz, biri ilhama gələndən sonra.
Külə dönməz alışıb odlu əməllərlə yanan,Ellərin zövqünə olmaz yasaq ellərlə yanan.
Ey qələm yoldaşım, ərdəmli könüldaşsansa,Bir könüldaş kimi candan mənə yoldaşsansa,
Sən mənim haqda yazarsan mən öləndən sonra,Həsrətimlə mənim ilhama gələndən sonra.
Kitabxana.az · https://kitabxana.az/works/refiq-zeka-xendan-sonra
← → düymələri ilə keçid, R — təsadüfi şeir