Yurddaşların səsi
Biz şöhrəti dillərdə gəzən yurdda doğulduq,Mərd bir ulusun sevgili övladları olduq.
Ən mutlu göründük onun ən parlaq adıyla,Göylərdə qanad çaldıq, ucaldıq qanadıyla!
Alçaqları qovduq içimizdən, dışımızdan,Quzğunlara küy düşdü könül çağrışımızdan.
Sərhədlərimiz bərkidi qurbanlarımızla,Aslan südü içmiş igid oğlanlarımızla!
Yoxdur içimizdə nə çəkinmək, nə də ürkü,Dağlarda gəzir qoşduğumuz sel kimi türkü.
Tənburla gülər saz, davulun sirdaşıdır ud,Ölməz, ölə bilməz Atamızdır Dədə Qorqud!
Biz mütluyuq, ərdəmli olanlar bizə eşdir,Odlarla ucaldıq, odumuz canlı günəşdir.
Torpaqda ulus dağları, yurd daşlayırıq biz,Dağ cüssəli yurdun ulu yurddaşlarıyıq biz!
İstanbul, 1986
Kitabxana.az · https://kitabxana.az/works/refiq-zeka-xendan-yurddaslarin-sesi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Oğul, açan gərək bu ilmələri,Necə vurublarsa, buruq-buruqdur.
Dadlı çiçəkSevgi! O könüllərdə açan dadlı çiçəkdir,Bir yol sevən, əlbəttə, ömürlük sevəcəkdir!
Şairin ömrüŞairin ömrü bahar ömrünə bənzər, məncə,Şairin ruhu bahar!
Yaşıl gözlərBir alov dalğası parlar o yaşıl gözlərdə,O yaşıl gözlər ümid bəslər ümidsizlərdə.
Başqa şairlərin şeirləri · Vətən
Könül, gəl əl götür bu qəm-qüssədən,Sənin də yurdunda toy olar bir gün!
Çıx, ey qaniçən yırtıcı, çıx torpağımızdan!Çıx, ey qaniçən yırtıcı, çıx torpağımızdan!Xain gözünü çək dərəmizdən, dağımızdan!
Şübhənmi var?Ey könül, dar-i fənadan köçməyə şübhənmi var,Ol əcəl cami-şərabın içməyə şübhənmi var,
خسرو تاج بخش ناصر دینآن سرشته به عقل و دانش داد