Varlıqda bizdən öncəAylar, illər yox idi.

Bu varlıqda var olanVarlıq yoxdan yaranmış.

Günəşli dünyamızınYaşı azdır, çox deyil.

Çoxları düşünür ki,Dünya çoxdan yaranmış.

İnsanların içindəBiri ac, biri toxdur.

Toxmu acdan yaranmış,Acmı toxdan yaranmış.

Ən qədim yarağımız,Bilirik, yayla oxdur.

Sazımız, kamanımızYayla oxdan yaranmış.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri