Şairin ömrü bahar ömrünə bənzər, məncə,Şairin ruhu bahar!

Şairin şerinə güllər də gülümsər, məncə,Həsrəti qəlbi yaxar.

Şairin eşqi tükənməz, artar,Onun eşqiylə coşar irmaqlar.

Gönlü bir qönçədən incə,Şairin ömrü bahar ömrü qədərdir, məncə...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq