Yeriməz salik olan rahi-rizadən qeyri
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Yeriməz salik olan rahi-rizadən qeyri,İstəməz arif olan cövrü cəfadən qeyri.
Varıdır hər nə gərək mehrü vəfadən qeyri,Yoxudur, istəməyin cövrü cəfadən qeyri.
Görmədim mehr təriqində sitəmdən özgə,Gəlmədi eşqdə başımğa bəladən qeyri.
Görgəc ol xosrovi-xubanı nə əfğanlar edim,İti söz kimsə deməz şahə gədadən qeyri.
Yardan başqa dü aləmdə muradım yoxdur,Nə gərək dərdi olan canə dəvadən qeyri.
Könlini saf elə xəlq iləvü asudə diril,İstəməz ayinə heç kimsə səfadən qeyri.
Əhli-məal nəvü mehri nəvü kini nə ola,Saymadım heç kimi mövcud Xudadən qeyri.
Qədü baləvü gözü qaşilə yox bazarım,Könlümü seyd etməz imiş hüsn ədadən qeyri.
Qapı çox gəzdimü göz yaşımı bica tökdüm,Yox imiş dadə yetən kimsə Xudadən qeyri.
Məqtə — şairin təxəllüsü olan son beyt. Salehi mən edərlər meyü məşuqindən,Bana heç kim sitəm etməz Salehadən qeyri.
Kitabxana.az · https://kitabxana.az/works/mirze-saleh-tebrizi-yerimez-salik-olan-rahi-rizaden-qeyri
Başqa şairlərin şeirləri · Eşq
Kuyini xunabeyi-çeşmimlə nəmnak eylərəm,Kipriyimlə asitanın gərdini pak eylərəm.
Əyil sular üstə!Əyil sular üstə, tökülsün kölgən,Oxşasın kölgəni çeşmənin əli.
Cığalı müxəmməs: Ey simbədən, mehri-dərəxşəndə ZüleyxaEy simbədən, mehri-dərəxşəndə Züleyxa,Ey kani-məlahət, ləbi pürxəndə Züleyxa,
Her kılında zülfinün yüz bin dil ü cân deprenürHer kılında zülfinün yüz bin dil ü cân deprenürKüfrdür gîsûsı İtkin anda îmân deprenür