Əyil sular üstə!
Əyil sular üstə, tökülsün kölgən,Oxşasın kölgəni çeşmənin əli.Qoy desinlər quşlar: – gülləndi bağça,O sarışın gözəl bağa gələli.
Əyil həlqələnsin suda işığın,Ərisin sularda yaqutu rəngin.Qoy sənin şövqün, sənin şəfəqin:Küllü izlər açsın bulaqda dərin.
Gəl sönən qürubun kəhrəba rəngi,Boyasın həyatın ağ pərdəsini.Qoy dinləsin könlüm, qəmli axşamdaBağlarda xəzanın son nəğməsini...
Əsatirin gözəl məbudəsi tək,Öz eşqinlə yandır, macəra könlümü.O, bayğın baxışla, ay türk gəlini,Etmə pərişan bu yara könlümü...
O odlu baxışın məni süzürkənAçılar ruhumda bir üfüq, ondaEşqin səbahi kimi, gülür uzaqdanMavi pərdələrdə səhər əngiz dünya.
Əyil sular üstə... axşam ulduzu!Seyr et asimanın dərinliyini.O mavi aləmin ehtizazında,Qoy zülfün oxşasın sərinliyini.
Kitabxana.az · https://kitabxana.az/works/hebib-sahir-eyil-sular-uste
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Həyatdır axar çeşmə,Yetər ah, dastan demə!
Azərbaycanın gənc yazıçısı Namurad Fridun İbrahimiyəİldönümün tutan yoxdu,Yoxdur səni yada salan.
Qorxma!Qorxma, bu mavi göy altında yanan günəşin,Və üfüqlərdə gülən al şəfəqin sönməyəcək.
Qovala düşmanları!Qaranlıq içrə qardaşam,Hələ gizlənibdir qızıl gün.