Ey könül, dar-i fənadan köçməyə şübhənmi var,Ol əcəl cami-şərabın içməyə şübhənmi var,Əzrail gələndə köksün üstünə sən qorxudan,Gözlərindən qanlı yaşı tökməyə şübhənmi var

Yer üzündə çalınıb sur, cümləmiz qalxsaq gərək,Fani də itməz deyib dörd birinə baxsaq gərək,Torpağı vətən tutub bir neçə il yatsaq gərək,Tər türab içrə tənin el gömməyə şübhənmi var

Gün bə gün, saat bə saat ömrümüz keçməkdədir,Şol qəfəsdən can quşu fəryad edib uçmaqdadır,Buna fani dünya deyirlər, yıxılıb uçmaqdadır,Cəm olub məxluq kəfənin biçməyə şübhənmi var

Ah edib isyanıma dərdi-dərunum tab ilə,Birliyin bildirdi Mövla bizə dörd kitab ilə,Sən o öndə uca yaşıl sancağın əshab ilə,Ey Ömər, məhşər günü diz çökməyə şübhənmi var

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Ölüm