Qürbət eldə düşdüm xəstə,Yerim silkib salam yoxdu.Hər tərəfə qəflə işlər,Bu bərbada gələn yoxdu.

Xalları var hindi-hindi,Yar, başına dönüm indi,Səni sevdim aləm bildi,Bu sözümdə yalan yoxdu.

Gəl bir Məhəmmədi dindir,Suçunu boynuma mindir,Öldürürsən, özün öldür,Qanım səndən alan yoxdu.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq