Getmənəm obağdan, çıxmasın adın sənin,Söylənməsin heç bir yerdə yeməli zadın sənin,Əmdim şirin dodaqların, bal dadır dadın sənin,Küsmə, dilbər, barışalım, hər qəbahət məndədir,Versələr dünya xəracın, bil ki, gözüm səndədir.

Girdim dostun bağçasına, nübar üzdüm yeməyə,Yara bir cüt sözüm vardı, utanırdım deməyə,Ol qədər ki mən yanaram ayda, ildə görməyə,Küsmə, dilbər, barışalım, hər qəbahət məndədir,Versələr dünya xəracın, bil ki, gözüm səndədir.

Girdim dostun bağçasına, gül açmış fincan kimi,Ağ üzündə iki xal var, hər biri mərcan kimi,Gəl soyunaq, bir də yataq, iki tində bir can kimi,Küsmə, dilbər, barışalım, hər qəbahət məndədir,Versələr dünya xəracın, bil ki, gözüm səndədir.

Aşıq Ömər, geyməsəydi ayağının məstini,Zalım Bəkr kəsdirmişdir ağ məmənin üstünü,Mən bəs kimə şikvə edim, aldı sadiq dostumu,Küsmə, dilbər, barışalım, hər qəbahət məndədir,Versələr dünya xəracın, bil ki, gözüm səndədir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar