Meh tək saraldı ğəmdən çöhreyi-zərdim mənim,Qalğalı səndin cüda mahi-cəhangərdim mənim.

Qoymağıl vəqti-cünun bağə məni, ey bağibanKim, ziyandur gülsitanınca dəmi-zərdim mənim.

Gər vücudum xak olub qılsan məzarımğa güzər,Dutqusi damanını hər zərreyi-gərdim mənim.

İmdi bildim kim, mana yoxdur ümidi-zindəgi,Günbəgün eşqündə çün artar ğəmü dərdim mənim.

Vermədi-tasi-fələk nəqşi-güşadim, vay kim,Şeşdəri-ğəm içrə qalmış möhreyi-nərdim mənim.Bəs ki, yuddum xuni-dil gəldi mana xabi-əcəl,Öldürür naçar xabim çün budur xordim mənim.

Gəh məlamət daşidür, gəh tiri-ğəm, ey Kişvəri,Meyvə kim, verür nihali-nazpərvərdim mənim.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Ölüm