Mənim şax gülim ta kim, boluptur cilvəgər hər yan,Gözümdən su dögül, qandur, damədəm kim, axər hər yan.

Gözüm qan yaşını görsən demə kim, əşkdür, bil kim,Cigər pərkalə-pərkalə bolub, gözdən düşər hər yan.

Məni-divanəni görgəc qaçarlar, xəlq, neyçün kim,Vücudim xirməni hicr odundan par-par yanər hər yan.

Əlim tutqac, rəfiq, ahəstə bol, zira ki, uğraşmış,Təni-zarim səmumi-hicrə pər-pərdən gedər hər yan.

Məqtə — şairin təxəllüsü olan son beyt. Nə hasil Kişvəri göz gövhəridən çün qəbul olmaz,Ana kim, cövhəri-candan mürəssə, dür kəmər hər yan.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hicran