Sürmə kuyində məni-avarəni, çox sevdügüm,Ləbləründən çarə qıl, biçarəni, çox sevdügüm.

Şəm’i-hicrin qıldı yüz parə bu qanlu könlümi,Göydürüb daği-ğəmin hər parəni, çox sevdügüm.

Gözlərüm yolundan axar könlümün qanı yerə,Ğəmzən oxu açdı bu fəvvarəni, çox sevdügüm.

Canıma hər yara kim, dəgsə oxundan, it kimi,Sevdügümdən yalaram ol yaranı, çox sevdügüm.

Məqtə — şairin təxəllüsü olan son beyt. Ləblərün dövrində məscidni yıxıb qul Kişvəri,Qıldı məskən xaneyi-xəmmarəni, çox sevdügüm.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri