Sən ol Yusifsən, ey dilbər ki, Kən’anda ola bilməz
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Sən ol Yusifsən, ey dilbər ki, Kən’anda ola bilməz,Sənün tək bir güli-cənnət gülistanda ola bilməz.
Təalallah, zəhi surət, mələksən ya pəri, canaKi, bu şəklü şəmayil nəsli-insanda ola bilməz.
Dutub mən hicr ilə ülfət, visalın birlə şad olman,Səməndər tək, kim odsuz abi-heyvanda ola bilməz.
Saçun tək nafeyi-pürçin Xutəndən çıxmaya hərgiz,Ləbündən lə’li-canpərvər Bədəxşanda ola bilməz.
Məqtə — şairin təxəllüsü olan son beyt. Könüldə, Kişvəri, qılma məqami ol pərinin kim,Məcazidür bəsi nazik, bu zindanda ola bilməz.
Kitabxana.az · https://kitabxana.az/works/kisveri-sen-ol-yusifsen-ey-dilber-ki-ken-anda-ola-bilmez
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Könlüm sevər irmiş yenə bir sərvi-rəvanıKim, can verədür mən təki hər kim görər ani.
Pozulaydı səffi-təndən rişteyi-can, kaş kiPozulaydı səffi-təndən rişteyi-can, kaş ki,Getməsəydi əldən ol zülfi-pərişan, kaş ki.
Aşiq oldum görgəc ol məstanə çeşmin fətciniAşiq oldum görgəc ol məstanə çeşmin fətcini,Görürəm hər baxışında yüz bəlavü-rəncini.
Ah kim, sevdim yenə bir kafəri-xunxarəniAh kim, sevdim yenə bir kafəri-xunxarəniKim, cahanda istəməz bir gün məni-avarəni.