Qulluğunda gərçi var, cana, bəsi təqsirimiz,Yoxdurur lütfündən özgə imdi hiç tədbirimiz.

Vermədün can yüzünə qarşu zəhi şərməndəlik,Ruzi qıldı bu qara yüzlük bizə təqdirimiz.

Müddəi qıldı visalından sizi məhrum, leykÇıxmaya gögə məgər bu naleyi-şəbgirimiz.

Hər gecə duşumda görürmən pərişan zülfini,Ey müəbbər, degil axir kim, nədür tə’birimiz.

Biz məlamət gününün ovbaşlarının itiüz,Belə dedi ruzi-əvvəl pirimiz, təkbirimiz.

Məqtə — şairin təxəllüsü olan son beyt. Yar küsdi Kişvəri, imdi fəna yolun gözət,Kim, bəqa mülkində daxı qalmayıbdır yerimiz.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq