Vay kim, mən oldum diyari-özgələr yari hənuz,Məndən ol fariğ vəleykin mən giriftari hənuz.

Həsrəimndən canə yetdim, vəh nə bədbəxt adəməmKim, nəsib olmaz mana hər lərzə didari hənuz.Payimal etdin cəfa yolunda xaki-cismümi,Qopğusi hər zərrə tofrağım sənin sari hənuz.

Gərci var özgə havası yarun, əmma vardurur,Can anun müşğaqivü könlüm həvadari hənuz.

Ta pozulmaz rişteyi-can, yüzməzəm səndən ümid,Bir kəlafə iplikü Yusif xiridari hənuz.

Gecə kim, uyxuma girsən, istərəm ol uyxunuKim, qiyamətdə daxı olmaya bidarı hənuz.

Kişvəri könlinə azar etmə, degil ğəmzənə,Düşmədən aramıza azari-bizari hənuz.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri