Vay kim, olmaz mana ol lə’li-ruhəfza nəsib
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir.
Vay kim, olmaz mana ol lə’li-ruhəfza nəsib,Ləblərinin şərbətindən binəsibəm, ya nəsib.
Sancılur kiprikləri könlümə sorsam lə’lini,Bolmadı vəh kim, mana bir xarsız xurma nəsib.Gülşəni-kuyunğa, ey huri, rəqib niçün girir,Kafirə çün bolmaz irür cənnətül-məva nəsib.
Artuğ-əskük boldular səndən nəsib əhli-vəfa,Bolmuşam rüsvaylığ, səndən mənə rüsva nəsib.
Guşəşi-bifayidə niçündürür, ey Kişvəri,Bişü kəm çün hiç kimə bolmaz nəsib, illa nəsib.
Kitabxana.az · https://kitabxana.az/works/kisveri-vay-kim-olmaz-mana-ol-le-li-ruhefza-nesib
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ey səba, qıl bir güzər ol bivəfa sarisinə,Ərzə qıl miskinligim yoldaşların varisinə.
Bir zülfi həlqə-həlqəyə divanəyəm yenəBir zülfi həlqə-həlqəyə divanəyəm yenə,Şəm’i-yüzin görüb ana pərvanəyəm yenə.
Nə təravətdür ki, həq vermiş güli-rüxsarinəNə təravətdür ki, həq vermiş güli-rüxsarinəKim, verür yüz abrü baği-cinan gülzarinə.
Köksümi qalxan qılıb mən oxlarun qarşusinəKöksümi qalxan qılıb mən oxlarun qarşusinə,Gər inanmırsan bir ox atgil mana qarşu sına.