Bir zülfi həlqə-həlqəyə divanəyəm yenə,Şəm’i-yüzin görüb ana pərvanəyəm yenə.

Va həsrəta ki, bir sənəmi-bivəfa içün,Rüsva olab cahanara əfsanəyəm yenə.

Məstanə gözlərüni görüb sərxoşam müdam,Biixtiyar sakini-meyxanəyəm yenə.

Ol ahəyi-Xütən gedəli xəlqi dalaram,Məndən həzər ki, bir səki-divanəyəm yenə.

Məqtə — şairin təxəllüsü olan son beyt. Vəslindən ayru Kişvəriyi-xəstədil kimi,Səhrayi-hicr quşarına danəyəm yenə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hicran