Zərdü zəif etsə qəmin hər zaman məni,Filfövr əşki-al qılır ərğəvan məni.

Təhqiq üzari-yar çəkər rənc zülfdənKim, gecə munca xabdə sancar ilan məni.

Təndən oxun, o yarə deyin, bari çəkməsin,Hicri qılır onun dəxi də natəvan məni.

Bir nəxli-pürşərərdi qəmim, mürği-can, saqın!Məcnun səri sanıb eləmə aşiyan məni.

Ləli-ləbinə badə dedim, tökdü qanımı,Xuni degil o məh, yeridir, tutdu qan məni.

Şami-vüsal xali gərək xanə qeyrdən,Şəmi keçir ki, sayən edər bədgüman məni.

Zakir, usanmadın o qədər eşqdən ki, taCandan usandıdı sitəmi-bigəran məni.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq