Qələtdir qocaya novcəvan sevmək
Qələtdir qocaya novcəvan sevmək,Sevgi sevgisinə bərabər gərək.Axşamdan deyə, gülə, danışa,Arada nə kinü nə kədər gərək.
Haşa meyli ola pirə növrəsin,Müsavi gərəkdir cüfti hər kəsin;Cəmdəkdir töməsi qoca kərkəsin,Nəinki laçın tək kəbki-dər gərək.
Hər kimin ki, tökülübdür dişləri,Hərgiz yeyə bilməz kal yemişləri;Limu məmələrə olan müştəri,Höqqeyi-dəhanı pürgühər gərək.
Nə məsrəfi ona şərü qəzəlin,Bir əməldən qeyri özgə əməlin,Həvavü həvəsi olan gözəlin,Şaxi-təmənnası barvər gərək.
Şah ola kühənsal, bil ki, gədadi,Tağmürdə meyvənin olurmu dadi?!Tazətər sinəmin nəxli-muradiRəqibin könlü tək səxttər gərək.
Tökəsən ortaya yüz nəqdü nəbat,Dönəsən başına kərratü mərrat.Heç birilə şirin düşməz ixtilat.Xülasə, arada neyşəkər gərək.
... cüft edən kəsin,Busə bazarını müft edən kəsin,Dürrü-nasüftəni süft edən kəsin,Əli titrəməyə, korgar gərək
İyirmidən əyfzun olmaya sali,Otuzədən yenə olur həvali.Tutmağa, basmağa vəhşi qəzali,Qoca tülkü bilməz, şiri-nər gərək.
Ac qurd kimi özün elə toxuya,“Vəlfəcrini” saf tərsinə oxuya.Qoyma ki, gözü gedə yuxuya,Öpəməgi, qucmağı ta səhər gərək.
Çıxarıban köksün bəndü bağından,Kami-dil götürə gül yanağından;Üzündən, gözündən tər buxağındanDamadəm büseyi-mükərrər gərək.
Tərəddüd olmaya axşama yovuq,İşrət evi sevməz əngəli artuq;Bir şəm ola, bir də aşiqü məşuq,Kəsilə hər yandan rəhgüzər gərək.
Rəf olub aradan həyavü hicab,Xaneyi-işrətin edəsən xərab.Hodəfi-məqsudə o tiri-şəhab,Nişəst ola gəh-gəh ta be por gərək.
Bu hünərlər gəlməz səksən yaşlıdan,Əli rəşəlidən, titrək başlıdan;Kami-dil istəyən qələm qaşlıdan,Onda bu sifətlər müyəssər gərək.
Qoca səhər ertə tiryokin atar,Ət kökmüş quş kimi mürgülər yatar;Gündüzlər dabanın ocağa çatar,Ovasan sübhədən gecələr gərək.
Çölə çıxa bilməz, dar olur xuyu,... etməgə gərək evdə bir quyu.Ağzının, gözünün müttəsil suyuYediyi təamə damcılar gərək.
Yeksər işdən qalır ayağı, əli,Danışanda çaşar, əqli azali;Keçən gün yadına düşər, kövrəli,Öz-özünə ağlar, həm gülər gərək.
Sərgi kənarında, əlində qarğu,Oturdullar desin qarğa, quşa hu;Elə ki, yorulub tutanda uyqu,Sövkənib çətənə mürgülər, gərək.
Öküz palanına söykər başını,Dincələməz, dəmbədəm durar qaşını;Dinəndə çəkərlər ocaq daşını,Nə düxtər şərm eylər, nə pesər gərək.
Yarım saat əgər gec olsa çörək,Ürəyi əzilib, ağlar uşaq tək;Nə çarə, əcəlsiz olmaz öldürmək,Ocaqda bişmişi müqərrər gərək.
Şəbçərəzi tükənəndə cibindən,Qab-qaşıq oğurlar, satar evindən;Bu qocalıq ya olmaya dibindən,Olsa da kisəsi dolu zər gərək.
Təng olur danışan dəmdə nəfəsi,Keçi ... tək əsər çənəsi,Yç ay yayda yaxşı ağac kölgəsi,Qış olanda yeri günəvər gərək.
Qonşuya ki, gedər, əlində asa,Nabinalər kimi lap basa-basa,Yolda ... tutar, düşər tas-basa,Aftafa gəlincə süzələr gərək.
Müşkül deyil almaq bir gülbədəni,Nəhayət qorxuram el qınar məni;Paybənd eləyən cavanəzəniƏmri-ilahidən bixəbər gərək.
Tazə-təri sevmək artırır qovğa,Eyləməz bu işi aqilü dana;Zakir, səndə qalmayıbdır təvana,Bu sövdaya düşən pürhünər gərək.
Kitabxana.az · https://kitabxana.az/works/zakir-qeletdir-qocaya-novcevan-sevmek
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ey yığılan canlar, siz olun tarı,Amandı, qoymayın, yar oynamasın.
Ey sevdiyim, ləli-ləbinə nisbətEy sevdiyim, ləli-ləbinə nisbət,Meyxanələr içrə badə tapılmaz.
Ey sevdiyim, səndən cüda düşəliEy sevdiyim, səndən cüda düşəli,Mənəm gecə-gündüz əzab içində.
Ey sevdiyim, səndən cüda düşəliEy sevdiyim, səndən cüda düşəli,Nə səbrü sükunun, nə taqətim var.