Ey sevdiyim, ləli-ləbinə nisbət,Meyxanələr içrə badə tapılmaz.Çox ali-şan nazəninlər görmüşəm,Sənin kimi şahzadə tapılmaz.

Müştəridir sana Zöhrə fələkdə,Gecə-gündüz övsafını deməkdə,Bərabərin olsa olsun mələkdə,Amma bizim bu aradə tapılmaz.

Tamam adın eşitdiyin gözəllərGecədən də durub sürtük edəllər,Cəm olsa xəlayiq, yığılsa ellərSənin tək dilbəri-sadə tapılmaz.

İnsaf olmaq gərək gədadə, bayda,Heç olmazsa yarın yoxlaya ayda,Vilayətdə gözəl çoxdu, nə fayda,Dərd bilən, yetişən dadə tapılmaz.

Sərf eyləyib həyatına həyatın,Tərk edib vəhdətin, eyşü nişatın;Əgər verməlisən hüsnün zəkatın,Zakir kimi bir üftadə tapılmaz.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq