Soruşdum dibərdən: yoxsa bərgi-gülLətafəti tər bədəndən öyrənib?Dedi: təqərrübü yoxdur o qədər,Varsa da, eşidib gəndən, öyrənib.

Məhəbbət damını yırtıb çıxmağı,Səyyadının xanimanın yıxmağı,Yeriyəndə dönüb dalı baxmağıAhunun balası səndən öyrənib.

Zahirdi qəmzənin cigər sökməyi,Can almağı, nahaq qanlar tökməyi;Gözündə ox atıb, kaman çəkməyi,Belə billəm, o pürfəndən öyrənib.

Ay, gün camalını görəndən bəriSənsən dillərinin zikri, əzbəri.Naqisdi vəsfində Zöhrə, Müştəri,Çünki onlar özgəsindən öyrənib.

Görəndə Zakirdən istər yaşına,Bimürüvvət qoymaz dönəm başına,Deməz ki, pərvanə eşq ataşınaYanmağı binadən məndən öyrənib.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri