Üzvi-əzayi-xublərə padişah zülf
Üzvi-əzayi-xublərə padişah zülf,Xəncər-güzari-çeşmi-əmiri-sipah zülf,
Çinü Xətavü Hindü Həbəş, Zəngbarü RumTutmuş təmam yer üzünü dadxah zülf.
Şəbxun edən sənə dilə, kimdir, dedim,– dedi:Gərdənsüvar kakilü mişkinkülah zülf.
Gəncineyi-comalı keçiribdi yarıdan,Həddən füzundu axtaran olsa güvah, zülf.
Mən çox dedim sənə, az eşitdin, könül, künunÇıxsın canın, de: ah xətü xal, ah zülf!
Əhvali-şamı rövşən edər sübh arizə,Oldur ki, şənəvar edər təyyi-rah zülf.
Munca kəşakeşi-kəmərə bəlkə mu mijan,Tab eyləməzdi, olmasa püştü pənah zülf.
Müşküldü tab türreyi-tərrar qəhrinə,Rəhm eylər əhli-dərdə genə gah-gah zülf.
Etdin qara mənim günümü şami-tirə tək,Ey aləmin evini yaxan rusiyah zülf.
Təhrik etməsəydi səba sübhü şam əgər,Etməzdi hali-Zakiri böylə təbah zülf.
Kitabxana.az · https://kitabxana.az/works/zakir-uzvi-ezayi-xublere-padisah-zulf
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Rəqibi görməyə mümkün olaydı yarım ilə,Gedərdim ol səri-kuyə öz ixtiyarım ilə.
Saldı məni ayaqdan qəm, ver piyalə saqiSaldı məni ayaqdan qəm, ver piyalə saqi,Yoxdur bir ondan özgə üftadələr dayağı.
Sənə hər mətləbi məxfi dedim, ey gül, əyan tutdunSənə hər mətləbi məxfi dedim, ey gül, əyan tutdun,Rəqibi-ziştkarın aşikar, eybin nəhan tutdun.
Səri kuyində məzari-məni-məhzuni görenSəri kuyində məzari-məni-məhzuni görenTutar ol dilbəri-peymanşikəni xuni, gören?
Başqa şairlərin şeirləri
Könlüm tutulur hali-müsəlmanı görəndəBu növ övzai-pərişanı görəndə
BülbülQalxıb havadən gedirsənDolanırsan bağı, bülbül
Mürəbbə: Huş ilə sevdiyim, dinlə zarımıHuş ilə sevdiyim, dinlə zarımı,Heç bundan ziyadə ah-zar olmaz.
DeyirKim gələrsə bu cahana lütfi-yəzdanam deyir,Pəhləvanam yer yüzündə əhli-colanam deyir