Sənə hər mətləbi məxfi dedim, ey gül, əyan tutdun
Sənə hər mətləbi məxfi dedim, ey gül, əyan tutdun,Rəqibi-ziştkarın aşikar, eybin nəhan tutdun.
Oğurlar dövri-ruyində səri-zülfün əreq nəqdin,Nə pakizə əmin tapdın, nə yaxşı pasiban tutdun.
Kilidi-məxzəni-hüsni sipahi-cinnə tapşırdın,Hər iş kim tutdun aləmdə, onu biimtahan tutdun.
Keçirdin bitəkəllüm şanədən geysuyi-pür-piçi,Sənə ənam lazımdır ki, əfsunsuz ilan tutdun.
Məbadə eyləyə gəndən nəzarə mərdümi-çeşmim,İki hindu kamandarın həmişə dideban tutdun.
Rəqib etdi xoyanət ruberu, keçdin rəvan ondan,Mənim həqqimdə hər böhtan dedilərsə, rəvan tutdun,
Danışdın qaşü gözlə hər yetən naəhl ilə, zalım,Şikəstə Zakri gördükdə ox çəkdin, kəman tutdun.
Kitabxana.az · https://kitabxana.az/works/zakir-sene-her-metlebi-mexfi-dedim-ey-gul-eyan-tutdun
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Nə xoşdur dövri-ruyində müsəlsəl ol qəra zülfün,Sərasər hər tükü üşşaqə bir dami bəla zülfün,
Nigari xürdəsalım, şükr-lilləh kim, kəbir olmuşNigari xürdəsalım, şükr-lilləh kim, kəbir olmuş,Xuda hifz etsin afətdən ki, bir mahi-münur olmuş,
Saqiya, badeyi-gülguni gətir mala-mal!Saqiya, badeyi-gülguni gətir mala-mal!Etmə təxir, zərurətdə xətadır ehmal!
Çıx xanədən, ey sərvəri-səhi, can sənə qurban!Çıx xanədən, ey sərvəri-səhi, can sənə qurban!Əzm eylə gülüstanə, gülüstan sənə qurban!
Başqa şairlərin şeirləri
Yanıb göy üzündə bir əzəmətləGünəş axşamçağı batdı sularda.
EylərsənDil mənə verübsən, könül ağyarəBilmənəm ki sən nə xəyal eylərsən
Qurban olduğumGənə saldı məni eşq cünuna,Lalə üzarına qurban olduğum.
Deyişmə (Bədihə): Göstərəndə qaşlarının tayını— Həsən:Göstərəndə qaşlarının tayını,