Çıx xanədən, ey sərvəri-səhi, can sənə qurban!Əzm eylə gülüstanə, gülüstan sənə qurban!Nərgislər açıb didəyi-giryan, sənə qurban!Fərşi-rəhin olmuş güli-xəndan, sənə qurban!Düzmüş yoluna lölöi-mərcan, sənə qurban!

Yadi-rüxü zülfünlə olub leyl naharım,Nə səbrü sükunum, nə səbatım, nə qərarım,Məndən sora gər eyləyəsən seyr nəzarım,Basma qədəmin od tutar, ey tazə nigarım,Atəşgədədir sineyi-suzən, sənə qurban!

Eşq əhlinə ölmək səri-kyində deyil qəm,Məqsudum olur hasil əgər mən dəxi görsəm,Nəfi budur aşiqliyin ey qibleyi-aləm!Çox rənc, müşəxxəsdi, çəkər can verən adəm,Olmaqdı nəhayət sudan asan sənə qurban!

Sən işvədə qarətgəri-əqlü dilü cansan,Sən nazdə iqlimi-tənə hökmü rəvansan,Sən hüsndə şahənşəhi-xubani-cahansan,Məcmu gər aləm ola viran, hamansan,Yüz qeysərü, yüz xosrovü xaqan sənə qurban!

Kim derki, sənə aşiqinə sərf zər eylə?Biçarədi, gahgah düşəndə güzər eylə,Görsən ki, yamandır halı gahi nəzər eylə,Ümmid əlin üzmə ətoyindən, həzər eylə,Getməz belə bu gərdişi-dövran, sənə qurban!

Əl çək, dolanım başına, bu tərzi-ədadən,Tut mehr təriqini, usan cövrü-cəfadən,Qorxum budu, yeksər qalasan xeyrü duadən,Ağızım qurusun, ahi-səhərgahi-gədadən,Nakəh yetişmə hüsnünə nöqsan, sənə qurban!

Layiqdimi hər bisərü pa kuyinə dolsun?Çöldə yolacaq bir-birinin yalını, yolsun;Çıxsın canı, ha getsinü gəlsin ki, yorulsun,Çək tiğini, vur boynunu, ey şux, qoy olsun,Bu Zakiri –xoş-tobü süxəndən sənə qurban!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq