Salma bu qəra zülfünü rüxsarə, amandır
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Salma bu qəra zülfünü rüxsarə, amandır,Tapşırmagilən Kəbəni küffarə, amandır.
Kəbə yüzünü görməyə aləm yığılıbdır,Göstər həcərül-əsvədi zəvvarə, amandır.
Tapşır o kamandar qaşına tiri-müjəndən,Suzan sinəmə vurmaya çox yarə, amandır.
Zahid məni öldürdü məlamət eləməkdən,Göstər yüzünü, ta qıla nəzzarə, amandır.
Məntək unuda dini, duta rahi-Məsihi,Səcdə eliyə deyrlə zünnarə, amandır.
Mən canə yetişdim bu qədər cövrün əlindən,Ərzə gedirəm axırı sərdarə, amandır.
Rəhm üzrə gəlib aşiqi-dilxəstəyi-zarün,Qoyma gedə biganəyə yalvarə, amandır.
Məqtə — şairin təxəllüsü olan son beyt. Göstər Fəqirə nuri-təcəllayi-cəmalin,Musa kimi ta qalmaya avarə, amandır!
Kitabxana.az · https://kitabxana.az/works/fegir-ordubadi-salma-bu-qera-zulfunu-ruxsare-amandir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ey əzizim, sənə ibrətdi bu söz, eylə qəbul,Xəlqdən çəkməgilən gərdənə çox bari-giran.
Eyləmə çox qəmzə, naz, bəsdir, aman, ey gözəlEyləmə çox qəmzə, naz, bəsdir, aman, ey gözəl,Alma əlimdən mənim tabü təvan, ey gözəl,
Rəhmə gəl, eyləmə bu könlümü viran, qara gözRəhmə gəl, eyləmə bu könlümü viran, qara göz,Qorx xudadan, bu qədər eyləmə tüğyan, qara göz,
Ey gözüm, vermə könül bu gözü xummarılərəEy gözüm, vermə könül bu gözü xummarılərə,Olma mayil bu qara qürrəli dildarlərə.
Başqa şairlərin şeirləri · Eşq
Nə müddətdi həsrət qaldım didarə,Gərdiş uzaq saldı, a yara bax-bax.
SevgilimMən öz əski sevgilimi tanıram,O Misirdə qızıllanmış heykəldir.
A zalımMəgər məşuq aşiqin dərdindənHalı olmaz, xəbər bilməz, a zalım
Bəradərim Ə.M.Sərkərov cənablarına!İthaf“Sevdim səni”, hətta dedin “oldum sənə aşiq”,