Nə müddətdi həsrət qaldım didarə,Gərdiş uzaq saldı, a yara bax-bax.Çəkmək istər zülflərindən didarə,Nəinsaf, bimürvət, a yara bax-bax.

Qınamayın məni ellər, obalar,Tərlan itib, sar yapalaq ov alar.Qəm qəhr edər, sıxar bağrım ovalar,Vurar yaram üstə a yara, bax-bax.

Qurbanın sən dağlayıbsan sinəsin,Əvvəl gərək yar yarını sınasın,Bir daş vurdun, şişə könlüm sına-sın,İstəyir güldürə əyyara, bax-bax.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq