Hasan əmi, bir Allahın eşqinə,Mənim ərzim o canana deyərsən.Ey mənim qasidim, dərddən xəbərdar,Məntək dərdi o tüğyana deyərsən.

Gedib ol vətənə varannan sonra,Sən bizim elləri görənnən sonra,Götürüb naməni verənnən sonraBu cavabı yana-yana deyərsən.

Kamil bağban, pasiban ol güllərə,Tapşırdım gözünü diksin yollara.Deynən yola düşdü uzaq ellərə,Keçdi Alı Alosmana deyərsən.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq