Təşrif buyur, gedən, bizim ellərə,Zülal suyu, çeşmələri gözəldir.Qız-gəlinlər gül-bənövşə dərəndə,Şümşad bilək, bəyaz əllər gözəldir.

Dik piləkən sarı yalnan o dağlar,Həsrət çəkir çeşmələrin qan ağlar,Sərasər qaynayır çeşmə-bulaqlar,Dəhana dəyəndə dadı gözəldir.

Baş açmadım müxənnətin felinnən,Fitnə-fəsadınnan, şirin dilinnən,Mən Alıyam, cüda düşdüm elimnən,-Əlvan-əlvan çiçəkləri gözəldir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar