Görmədim
Viranə bağlara mən oldum bağban,Almasın, heyvasın, narın görmədim.Bivəfa sözündən çox cəfa çəkdim,Bəslədim budağın, barın görmədim.
Vəfasız fələkdə etibar olmaz,Ağlayan kimsədə giridar olmaz,Hər sevən kimsədə düz ilqar olmaz,Çoxu çox danışdı, karın görmədim.
Alıyam, mətləbim veribdi xudam,Bütün ölkələrə yayılıb sədam.Hərcayı gözəli məhv olsun tamam,Namusun, qeyrətin, arın görmədim.
Kitabxana.az · https://kitabxana.az/works/asiq-ali-gormedim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Tarı bilsin, hicr bizar eyləyib candan məni,Ey əcəl, imdad qıl, qurtar bu hicrandan məni.
Mən səni axtardımMən səni ulduzlarınİşığında axtardım,
Sən də birAğlağan, ey qəmli könlüm, pürğübar ol, sən də bir,Zövqü ləzzət, eyşi-işrətdən kənar ol, sən də bir.
Təcnis: Çəkmiş yar oxunu, salmış yayınaÇəkmiş yar oxunu, salmış yayına,Bağlamış belinə bu sədaqları.