Bir dəzgah qurmuşam, yüz min qolu var,Hər telindən, dilbər, bir şanə düşdü.Ömür keçdi, cavan qəddin büküldü,Yasəmən zülflərə nişanə düşdü.

Əldə şanə, zülfün dara bir yana,Hurilər, bir yana, dilbər bir yana,Dərdimi yüklədim, oldu bir xana,Dəryada nəhəngə, ümmana düşdü.

Dibi dərya, başı qar, qubara bax,Yar sinəsi səmər vermiş, nara bax,Deyər Aşıq Alı, sən bu kara bax -Mömin nara, kafər rizvana düşdü.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq