Kəndin laf eyliyib aşığam demə,Sən də olar bir gün dara düşərsən,Nə gəzirsən çöl-biyaban, səhrada?Dağlarda borana, qara düşərsən.

Gəl özün özünə verməginən boy,Özgə qabınnan ye, öz qabınnan doy.Qırxıb yal-quyruğun eylərəm bir day,Yal-quyruğu qırxıq hara düşərsən.

Ustadam, Alıyam, tanısan məni,Dürün mədəniyəm, gövhərin kanı,Bir kərə götürüb ataram səni,Gedib cəhənnəmdə nara düşərsən.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri