Ərşdə xaliq, yerdə züllah, (zühur)Evdə ata birdi-bir.Bəzək vuran, qurğu quranKainata birdi-bir.Bu günahı keçməz xaliq,Haqq səni bağışlamaz,Ya öldürdün, ya öldürtdün-Bu cür xəta birdi-bir.

Qüdrət qamət bəxş etmişdi,Fələk vurdu belimdən.Leyli-nahar car eylərəmNəsihətlər dilimdən.Tənəli söz bəd yaranıbQərəzlidir ölümdən.Həbib səni gözdən sala,Ya da ata, birdi-bir.

Alı, səni düymaz nadan,Sərraf salar yadına.Zai-pakdan halal olanTez yetər muradına.Əzrail gürzün çalandaKimsə yetməz dadına.Ya bəhri-bar badə verə.Ya baxt yata, birdi-bir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Ölüm